Bakıda “Jeep” piyadanı vuraraq öldürüb

Bakıda “Jeep” piyadanı vuraraq öldürüb
# 29 may 2020 12:36 (UTC +04:00)

Mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR