Bakıda “Mazda” taksiyə çırpılıb, iki sərnişin xəsarət alıb - FOTO - VİDEO

Bakıda “Mazda” taksiyə çırpılıb, iki sərnişin xəsarət alıb - FOTO - VİDEO
# 19 avqust 2020 22:10 (UTC +04:00)

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb.

Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR