Bakıda “Range Rover” aşıb, ölən və xəsarət alan var

Bakıda “Range Rover” aşıb, ölən və xəsarət alan var
# 22 avqust 2020 02:41 (UTC +04:00)

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Abdullayev Namiq Əvəz oğlunun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Range Rover” bir neçə dövrə vuraraq səkinin üzərinə aşıb. Bu zaman səkidə olan 2002-ci il təvəllüdlü Şükürov Emin Ramiz oğlunu vurub.

E.Şükürov hadisə yerində ölüb. “Range Rover”in sürücüsü N.Abdullayev ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR