Bakıda adam oğurluğunda ittiham olunan şəxslərin məhkəməsi başlayır

Bakıda adam oğurluğunda ittiham olunan şəxslərin məhkəməsi başlayır
# 18 iyul 2020 09:35 (UTC +04:00)

Bakıda adam oğurluğunda təqsirli bilinən Əsgər Mehdiyev, Zaur Aslanov və Elçin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il martın 1-də Binəqədi şosesində qeydə alınıb. 3 nəfər oğlan 34 yaşlı Gülnarə Məmmədovanı zorla “Mercedes” markalı avtomobilə mindiriblər. Onlar qadını Ağdam rayonuna aparmağı planlaşdırıblar, lakin Dövlət Yol Polisinin Nəvai postunda əməliyyatçılar tərəfindən tutulublar. Polis tərəfindən Ağdam rayon sakinləri 37 yaşlı Zaur Aslanov, 28 yaşlı Əsgər Mehdiyev və 33 yaşlı Elçin Quliyev saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR