Bakıda ağır yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda ağır yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO
# 17 iyul 2020 02:15 (UTC +04:00)

Bakının Qaradağ rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsini Qobu qəsəbəsi ilə birləşdirən yolda olub.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ-2107”nin sürücusü və "VAZ-21099"-da olan qadın sərnişin hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı və 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR