Bakıda anbardan 4 200 manatlıq oğurluq olub

Bakıda anbardan 4 200 manatlıq oğurluq olub
# 13 iyul 2020 10:31 (UTC +04:00)

Bakıda anbardan oğurluq olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, A. Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 500 ədəd künclük və 9 500 ədəd sıxıcı vasitə oğurlayıblar. 

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR