Bakıda avtomobil ağaclara çırpılıb, sürücü xəsarət alıb - FOTO

Bakıda avtomobil ağaclara çırpılıb, sürücü xəsarət alıb - FOTO
# 20 iyun 2020 01:26 (UTC +04:00)

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra bir neçə ağaca çırpılıb. Sürücü ağır bədən xəsarətləri alıb.

Sükan arxasında sıxışıb qalan sürücünün çıxarılması üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun boyun fəqərə sümükləri sınıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR