Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 22 avqust 2020 15:24 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 21-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində əcnəbi vətəndaş Y. Özbey “DAF” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub. Zərbənin gücündən piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR