Bakıda avtomobil qadını vurub

Bakıda avtomobil qadını vurub
# 23 aprel 2021 03:00 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qəmbərova Mahirə Rövşən qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR