Bakıda avtomobildən 4 min manatlıq oğurluq olub

Bakıda avtomobildən 4 min manatlıq oğurluq olub
# 05 noyabr 2020 12:09 (UTC +04:00)

Bakıda avtomobildən 4 min manata yaxın dəyərdə oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisində 1 avtomobildən 3750 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri H.Əliyev və əvvəllər məhkum olunmuş A.Cəfərov, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR