Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 20 oktyabr 2020 13:14 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 19-da saat 20 radələrində Binəqədi rayonu ərazisində Şamaxı rayon sakini M.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Süleyman Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR