Bakıda biri yeniyetmə olmaqla iki piyadanı avtomobil vurub

Bakıda biri yeniyetmə olmaqla iki piyadanı avtomobil vurub
# 11 noyabr 2020 03:23 (UTC +04:00)

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində, Qız qalasının qarşısında baş verib.

1989-cu il təvəllüdlü Ələkbərov Pərviz Yavər oğlu və onun qohumu 2004-cü il təvəllüdlü Ələsgərov Murad Namiq oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsi ilə keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar xəstəxanaya ağır vəziyyətdə çatdırılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR