Bakıda çay evindən 8 min manatlıq oğurluq olub

Bakıda çay evindən 8 min manatlıq oğurluq olub
# 29 aprel 2021 19:16 (UTC +04:00)

Bakıda çay evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki çay evlərinin birindən 8000 manat dəyərində 3 ədəd televizor, 2 ədəd samovar, kondisioner mühərriki, kamera monitoru, yaddaş qurğusu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR