Bakıda havaya atəş açan şəxs saxlanılıb

Bakıda havaya atəş açan şəxs saxlanılıb
# 23 sentyabr 2020 11:19 (UTC +04:00)

Bakıda havaya atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR