Bakıda iaşə obyekti yanıb, müştərilər təxliyə edilib - FOTO

Bakıda iaşə obyekti yanıb, müştərilər təxliyə edilib - FOTO
# 24 sentyabr 2020 23:24 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən “PUB”- da qeydə alınıb.

Belə ki, obyekt sahibi Aqşin Kərimlinin verdiyi məlumata görə, yanğına səbəb mətbəxdə yerləşən məişət avadanlığında baş verən qısaqapanma olub.

Nəticədə içəridə yanğın başlayıb. Müştərilər dərhal təxliyə edilib.

Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR