Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb - FOTO

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb - FOTO
# 02 noyabr 2020 00:22 (UTC +04:00)

Axşam saatlarında paytaxın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb.

Hadisə zamanı "Toyota" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə şahidlərinin bildirdiyinə görə, "Toyota" markalı avtomobilin sürücüsü tuneldə yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb.

Bu zaman nəqliyyat vasitəsi "Mercedes"lə toqquşub.

İlkin məlumata görə, hər iki avtomobildə olan ümumilimdə 5 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin gücündən "Mercedes" markalı avtomobilin sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalaraq ölüb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin, DYP, təcili tibbi yardım briqadasının və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü sıxılmış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar hər iki istiqamətdən körpüyə giriş-çıxış bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR