Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb
# 15 dekabr 2020 05:04 (UTC +04:00)

Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib.

APA xəbər verir ki, Qaraçuxur qəsəbəsində 42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

1978-ci il təvəllüdlü Cəlilov Elman Əmir oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Analoji hadisə Yasamal rayonunda da baş verib. 1978-ci il təvəllüdlü Təvəkkülov Şahin Xoşbəxt oğlu dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR