Bakıda ikimərtəbəli ev yanıb

Bakıda ikimərtəbəli ev yanıb
# 26 sentyabr 2020 15:25 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin çardağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR