Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkar edilib

Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkar edilib
# 26 sentyabr 2020 12:04 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən “Olympus” PUB restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR