Bakıda keçmiş məhkumdan heroin götürülüb

Bakıda keçmiş məhkumdan heroin götürülüb
# 14 iyul 2020 09:23 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər bir neçə maddə ilə məhkum olunan, 1981-ci il təvəllüdlü Fuad Cabbarov tutulub. Ondan 2,257 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR