Bakıda kişi yaşadığı evdə qətlə yetirilib

Bakıda kişi yaşadığı evdə qətlə yetirilib
# 09 oktyabr 2020 12:45 (UTC +04:00)

Bakıda kişi yaşadığı mənzildə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olan məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR