Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində iki evə ziyan dəyib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində iki evə ziyan dəyib - <span class=FOTO - VİDEO - YENİLƏNİB'>
# 04 sentyabr 2020 15:56 (UTC +04:00)

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində iki evə ziyan dəyib. Bunu APA-nın hadisə yerində olan əməkdaşı bildirib.

Hadisə yerinə FHN-nin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyinin, Baş prokurorluğun, “Azərişıq” ASC-nin əməkdaşları gəlib.

Hazırda evakuator vasitəsi ilə  hadisə nəticəsində ziyan dəyən avtomobillər ərazidən kənarlaşdırılır.

***

14:18

Bakıda qaldırıcı kran aşıb.

APA-nın məlumatına görə, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik". 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR