Bakıda küçədə qadına qarşı soyğunçuluq edilib

Bakıda küçədə qadına qarşı soyğunçuluq edilib
# 13 iyul 2020 09:13 (UTC +04:00)

Bakıda soyğunçuluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Mircəlal küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR