Bakıda küçədə silahlar tapılıb

Bakıda küçədə silahlar tapılıb
# 05 sentyabr 2020 12:31 (UTC +04:00)

Bakıda küçədə silahlar tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Keşlə qəsəbəsi ərazisində kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 34 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində M.Hadi küçəsində “TT” markalı tapança və 1 ədəd patron darağı tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR