Bakıda maşınla vurulan piyada ay yarım sonra xəstəxanada ölüb

Bakıda maşınla vurulan piyada ay yarım sonra xəstəxanada ölüb
# 04 sentyabr 2020 12:13 (UTC +04:00)

Bakıda minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari il iyul ayının 15-də Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini İ.Əsgərov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən paytaxt sakini Famil Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 3-də orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR