Bakıda əmisini bıçaqlamaqda təqsirləndirilən İsrail Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Sərdar Quliyev qardaşı oğlu İsrail Quliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı İsrail Quliyev onun qarın nahiyəsindən bıçaqla vurub.
Hadisəni törədən İsrail Quliyev həbs edilib.