Bakıda mənzildən 2 min manatlıq oğurluq olub

Bakıda mənzildən 2 min manatlıq oğurluq olub
# 24 avqust 2020 10:31 (UTC +04:00)

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ö. Bəkirov saxlanılıb, digər şəxs isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR