Bakıda motosiklet avtomobillə toqquşub

Bakıda motosiklet avtomobillə toqquşub
# 25 iyul 2020 13:18 (UTC +04:00)

Bakıda motosiklet “Mercedes -Benz Sprinter" markalı avtomobillə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü - 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR