Bakıda motosiklet sürcüsüsü qəza törədib, ölən və yaralanan var - FOTO - VİDEO

Bakıda motosiklet sürcüsüsü qəza törədib, ölən və yaralanan var - FOTO - VİDEO
# 12 iyul 2020 23:51 (UTC +04:00)

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkətdə olan motosiklet yolu keçmək istəyən Gülnarə adlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Zərbənin gücündən motosiklet yol kənarındakı dirəyə dəyərək bir neçə metr aralıda dayanıb. Hadisə zamanı motosikletin sürücüsü ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin və Prokurorluq əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR