Bakıda narkotik alverində ittiham olunan xalaoğlulara 11 il cəza verilib

#
# 13:01
9 aprel 2021

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Tural Abdullayev və xalası oğlu Aqşin Cəbrayılzadənin cinayət işi üzrə məhkəmə prosesi  başa çatıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən hər iki şəxs 11 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, polis əməkdaşları əməliyyat zamanı Tural Abdullayevin üzərindən 510 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə Tural Abdullayevin narkotik vasitəni aldığı xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb. Aqşin Cəbrayılzadənin mənzilə keçirilən baxış zamanı külli miqdarda 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb. Bu əməliyyat zamanı ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR