Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 23 avqust 2020 03:33 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

1954-cü il təvəllüdlü Məmmədova Elmira Nəbi qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR