Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 09 aprel 2021 13:30 (UTC +04:00)

Yasamal rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 7-də rayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Hüseynova vurulub. Qəza nəticəsində xəsarət alan piyada xəstəxaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Yasamal polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, paytaxt sakini T.Əlimuradov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR