Bakıda polisin qanuni tələblərini yerinə yetirməyən “KamAZ” sürücüsü saxlanılıb - FOTO

Bakıda polisin qanuni tələblərini yerinə yetirməyən “KamAZ” sürücüsü saxlanılıb - FOTO
# 21 dekabr 2020 13:26 (UTC +04:00)

Bakıda polisin qanuni tələblərini yerinə yetirməyən “KamAz” sürücüsü ilə bağlı tədbir görülüb.

APA xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, dekabrın 18-də, saat 21.00 radələrində Xətai rayonu, Nobel prospekti ilə hərəkətdə olan “KamAZ” markalı, 10 HZ 667 dövlət nömrə nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib.

Lakin buna baxmayaraq, polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə təhvil verilib. Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR