Bakıda qadını döyüb, pulunu əlindən alıblar

Bakıda qadını döyüb, pulunu əlindən alıblar
# 06 iyun 2020 16:42 (UTC +04:00)

Bakıda qadına qarşı quldurluq edilib.

APA-nın xəbərinə görə, hadisə Səbail rayonu, Əhəd Yaqubov 2 ünvanına qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü Kuçoxudze İrena yaşadığı evin yaxınlığında tanımadığı şəxs tərəfindən döyülərək içərisində pul olan çantası əlindən alınıb.

Hadisə zamanı ağır beyin travması alan qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı Səbail Rayon 8-ci Polis Bölməsində araşdırma aparılır.

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR