Bakıda qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 20 avqust 2020 15:58 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 2 ha sahədə qamışlıq və məişət tullantıları yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 12:53

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR