Bakıda qonşusunu bıçaqlayan şəxs 2 ay sonra tutulub

Bakıda qonşusunu bıçaqlayan şəxs 2 ay sonra tutulub
# 01 sentyabr 2020 11:50 (UTC +04:00)

Bakıda qonşusunu bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, hadisə iyulun 2-də paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakini Gülağa İmamverdiyev mübahisə nəticəsində qonşusu Mahir Ağayevi bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən G. İmamverdiyev avqustun 31-də tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR