Bakıda ər və arvadı naməlum şəxslər döyərək bıçaqlayıb

Bakıda ər və arvadı naməlum şəxslər döyərək bıçaqlayıb
# 31 may 2020 23:10 (UTC +04:00)

Bakının Nizami rayonunda iki nəfər döyülərək, onlardan biri bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospekti, 71 ünvanında baş verib.

Binanın həyətində 1992-ci il təvəllüdlü Manafov Nurlan Dövran oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Vəlizadə Səidə Əkrəm qızı üç nəfər tərəfindən döyülüb. N.Manafov ayağından bıçaqlanıb. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR