Bakıda sakinlərindən 5 kq narkotik götürülüb

Bakıda sakinlərindən 5 kq narkotik götürülüb
# 20 iyul 2020 12:43 (UTC +04:00)

Bakıda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 70 qram heroin götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi keçirdiyi digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 25 qram marixuana götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR