Bakıda sevgisinə qarşılıq ala bilməyən qızı öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Bakıda sevgisinə qarşılıq ala bilməyən qızı öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır
# 29 avqust 2020 09:16 (UTC +04:00)

Bakıda sevgisinə qarşılıq ala bilməyən şəxsi öldürməyə cəhddə təqsirləndirilən Afiq Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevralın 11-də gecə saat 23:30 radələrində Yasamal rayonu, Z. Xəlilov küçəsində baş verib. Füzuli rayon sakini, 1992-ci il Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Aytac Ağayevaya yeddi bıçaq zərbəsi vurub. Zərərçəkmiş xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A. Hüseynov qıza onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR