Bakıda şirkətdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki MMC-lərin birinin anbarından 5060 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini D.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.