Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub
# 07 noyabr 2020 04:27 (UTC +04:00)

Paytaxtın Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Mehbullayev Qalib Kamil oğlunu 113 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı baldır sümüklərinin sınığı və qapalı kəllə-beyin travması diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR