Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var  - FOTO
# 14 aprel 2021 23:09 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda dayanıb. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR