Bakıda tanışını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda tanışını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 29 may 2020 01:48 (UTC +04:00)

Bakının Yasamal rayonunda baş vermiş bıçaqlanma faktı ilə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

APA xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları 59 yaşlı Mahir İbrahimovu bıçaqlamaqda şübhəli bilinən, onun tanışı 42 yaşlı Xəqani adlı şəxsi saxlayıb.

Saxlanılan şəxsin qol nahiyəsində də kəsilmiş yaranın olduğu bildirilib. Xəqani adlı şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

***

Saat 00:52

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə 3-cü Alatava yaşayış massivində qeydə alınıb.

59 yaşlı İbrahimov Mahir Məmməd oğlu naməlum şəxslərlə mübahisə edib. Bu zaman o, qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal 1 saylı Xəstəxanaya çatdırılıb. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

Məlumata görə, 2 nəfər naməlum şəxs ona yaxınlaşaraq pul tələb edib. Etiraz etdiyini gördükdə isə M.İbrahimova bıçaqla xəsarət yetiriblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR