Bakıda tanışını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda tanışını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 11 dekabr 2020 10:00 (UTC +04:00)

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən İmaməli Xıdırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb. Rayon Prokurorluğuna şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, hadisəni törədən İ. Xıdırovun kriminal aləm üzvü olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR