Bakıda tikiş sexində yanğın olub

Bakıda tikiş sexində yanğın olub
# 18 sentyabr 2020 15:55 (UTC +04:00)

Bakıda tikiş sexində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR