Bakıda vətəndaşa qarşı 8500 manatlıq dələduzluq edən şəxs tutulub

Bakıda vətəndaşa qarşı 8500 manatlıq dələduzluq edən şəxs tutulub
# 20 iyul 2020 12:22 (UTC +04:00)

Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini V.Hümbətovun 8500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İ.Yaqubov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR