Bakıda yanğın olub - YENİLƏNİB - VİDEO

Bakıda yanğın olub  - YENİLƏNİB - VİDEO
# 29 iyun 2020 18:02 (UTC +04:00)

Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, tikiliyə yığılmış taxta materiallar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

***

saat 17:41

Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə yanğın başlayıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu Sabit Orucov küçəsində qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının qarajında meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR