Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
# 29 aprel 2021 09:12 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR