Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
# 30 avqust 2020 19:20 (UTC +04:00)

Bakının Nizami rayonunda yerləşən binanın zirzəmisində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

***

Saat 18:36

Paytaxtın Nizami rayonunda yerləşən binanın zirzəmisində yanğın qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Bakı Metrosunun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında yerləşən yüksəkmərtəbəli yaşayış binasında baş verib. Zirzəmidə məişət tullantıları yanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR