Bakıda yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır

Bakıda yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır
# 09 yanvar 2021 03:12 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şağan qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Məmməd Quliyev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.

Yaralı açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli silkələnməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR